30.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi mərkəzi kitabxana 29 İyun tarixində kitabxana fonduna daxil olan müxtəlif adda, müxtəlif mövzuda-“Ümummilli lider Heydər Əliyev”, “2022-ci il Şuşa ili”, “Yaddaşlarda yaşayanlar, “Gəncə yazarları”, “Nizami Gəncəvi”, tibb, pedaqogika, turizm, iqtisadiyyat və s.kimi elmi ədəbiyyatlardan ibarət sərgi təşkil edərək, mütaliə həftəsinə start verdi.
Sərgi Gəncə şəhər Mərkəzi Kitabxananın qarşısında təşkil olunmuşdu. Mütaliə həftəsinin təşkilində əsas məqsəd şəhər əhalisini kitabxanaın fondu ilə tanış etmək, kitaba və mütaliəyə olan marağı daha da artırmaq, oxucu kütləsi ilə açıq hava şəraitində canlı ünsiyyət quraraq kitablara sevgini, diqqəti artırmaqdır.