30.06.2022
Bakı Kitab Mərkəzində Gənclər gününə həsr olunmuş Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti olub. Hüseynağa Aslanovun aparıcılığı ilə keçirilən konsertdə Respublika və Beynəlxalq müsabiqələrin laureatları çıxış etdi. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kvartetinin və əməkdar artist Nərgiz Əliyevanın müşayiəti ilə dahi bəstəkarlarının əsərləri və görkəmli Azərbaycan şairlərinin şeirləri səslənib.
"Gənclərə dəstək" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyası-nın direktoru, xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə,kordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır.
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeyində olan Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbinin istedadlı şagirdləri Vəliyev Arslan və Quluzadə Toğrul rəngarəng əsərlər səsləndirdilər.