Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhidlik zirvəsi uca zirvədir” mövzusunda  dəyirmi masa keçirilib

29.06.2022

28.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy şəhər  1 saylı Sənətkarlıq klubunda  Heydər Əliyev  Mərkəzi ,Mərkəzi Kitabxana , şəhər 1  və 2 saylı Sənətkarlıq klublarının birgə təşkilatçılığı ilə I və II Qarabağ Müharibəsi şəhidləri-  Milli Qəhrəman Ənvər Fərəcovun, şəhid Yahuzər  Bayramov, və şəhid Aqşin Quliyevin   Anım Günü   ilə əlaqədar “Şəhidlik zirvəsi uca zirvədir” mövzusunda  dəyirmi masa keçirildi. Əvvəlcə xalqımızın azadlığı ,suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz  ruhu  bir dəqiqəlik  sükutla yad edildi.Tədbiri  Şəhər  1  saylı  sənətkarlıq klubunun  müdiri Nazilə Kazımova  açaraq şəhidlik zirvəsi  barədə  ümumi məlumat verdi.Heydər Əliyev  Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva  Azərbaycanın Milli Qəhrəmanı, Goranboy rayon şəhidləri  Ənvər Fərəcov və Yahuzər Bayramovun,Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova  şəhid Aqşin Quliyevin  həyatı və döyüş yolu barədə tədbir iştirakçılarına məlumat verdilər.Sonda  şəhidlərimizdən ,igid oğullarımızın qəhrəmanlıqlarından  bəhs edən  şəkillərdən və kitablardan ibarət sərgiyə  baxış keçirildi.

 

113.7 KB