Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tap-tapmaca, Gül yapmaca” başlığı altında tapmaca saatı keçirilib

29.06.2022

        Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında “Nağıl saatı” layihəsi çərçivəsində Azərbaycan nağılı “Qazların duası” nağılının tamaşası göstərildi və “Tap-tapmaca, Gül yapmaca” başlığı altında tapmaca saatı keçirildi. İlk öncə kitabxanaçılar Sulaxbin-Elçi Aygün və Esmira Məlikovanın təqdimatında Azərbaycan nağılı “Qazların duası” nağılıının tamaşası göstərildi. Uşaqlar böyük maraq və sevinclə tamaşanı izlədilər. Sonra filialın kitabxanaçısı Esmira Məlikova uşaqların hansı ev heyvanlarını tanıdıqları barədə onlarla sual-cavab etdi və açması ev heyvanları və quşları olan tapmacalar söylədi. Məktəblilər tapmacaların cavabını tapmaqda fəallıq nümayiş etdirdilər. Sonda kitabxanaçı uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı. Tədbir iştirakçıları da belə bir tədbirin keçirildiyi üçün kitabxana kollektivinə təşəkkür etdilər.

 

 

199.4 KB