Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Klassiklərimizdən nümunələr” başlığı altında kitab xülasəsi keçirilib

29.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 28.06.2022-ci il tarixdə "Klassiklərimizdən nümunələr" başlığı altında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Şah və xidmətçi", "İlin fəsilləri", "Xeyr və şər" və Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" kitablarının xülasəsi keçirdi.Kitabxanaçı Könül Qafarova ilk əvvəl oxuculara  Azərbaycanın klassikləri olan dahi şair və mütəfəkkiri Nizami Gəncəvi və Füzulinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Bildirdi ki, Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edirdi və hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.

Sonra kitabxanaçı kitabların hər biri haqqında ətraflı məlumat verdi.Xüsusi vurğuladı ki, Nizaminin "Xəmsə" si dünyada məhşurdur.Həmçinin  Azərbaycan şairi, mütəfəkkir və filosof, Füzulinin də əsərləri bu gün oxucular tərəfindən sevilərək oxunur və təbliğ olunur.

Qeyd etdi ki, bu kitabları mütaliə etmək üçün kitabxanaya üzv yazılaraq əldə edə bilərsiniz.Oxucuları maraqlandıran suallar kitabxanaçı tərəfindən məlumatlandırıldı.Bir- birindən rəngarəng şəkilli kitablar kiçik yaşlı oxucuların marağına səbəb oldu.

 

137.9 KB