29.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialı 28.06.2022-ci il tarixdə Azərbaycan milli mətbuatın banisi,görkəmli maarifçi Həsən bəy Zərdabinin anadan olmasının -185 illiyi ilə əlaqədar "Azərbaycan xalqının ziyalı maarifçisi" başlıqlı söhbət keçirdi. Böyük kitabxanaçı Nahidə Əliyeva iştirakçılara Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra Zərdabinin Azərbaycan qadınlarının maarifləndirməsinə xüsusi əhəmiyyət verərək Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında olan rolundan danışdı. Yoxsul və kimsəsiz uşaqları maarifləndirmək onları təhsilə cəlb etməsindən bəhs etdi.
Həsən bəy Zərdabi hökumət idarələrində uzunmüddətli xidmətinə görə "Müqəddəs Anna" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Təbiət Tarix Muzeyi, Gəncə Dövlət Universiteti Həsən bəy Zərdabinin adını daşıyır.