18.05.2018
Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində olan Goranboy rayon Mərkəzi Kitabxanasının həyətində kitabxananın Uşaq şöbəsi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Şanlı Vətənim” adlı tədbir keçirdi.
Tədbiri MKS-nin direktoru Gülnarə Nəsibova açıq elan etdi.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başladı. Məktəblilər Ulu Öndər Heydər Əliyevə, Azərbaycan bayrağına, Vətənə həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular. Məktəblilərin ifasında “Arşın mal alan”, ”O olmasın bu olsun”, “Bəxtiyar” filmindən maraqlı səhnəciklər tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Tədbirdə rəqs nümunələri də nümayiş olundu. Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi ilə tanış oldular.