Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qəhrəmanları tanıyaq və tanıdaq” başlığı altında tədbir keçirilib

28.06.2022

    Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi Əsədov Malik Hamil oğlunun anadan olmasının (27.06.1962- 18.01.1992) 60 illiyi ilə əlaqədar  “Qəhrəmanları tanıyaq və tanıdaq” başlığı altında tədbir keçirtdi. Tədbiri kitabxanaçı Səfayət Məmmədova açaraq tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, doğma yurdumuz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarını yad etmək, onların xatirəsini uca tutmaq məqsədilə mütəmadi tədbirlər təşkil etmək biz kitabxanaçıların qarşısında qoyulan ən ümdə məsələlərdən biridir. “Qəhrəmanları tanıyaq və tanıdaq” başlığı altında keçirilən bu günki tədbirimiz I Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Əsədov Malik Hamil oğlunun anadan olmasının 60 illiyi ilə əlaqədar təşkil edilmişdir.

    Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra kitabxanaçı Azərbaycanın Milli Qəhrəmanı Əsədov Malik Hamil oğlunun keçdiyi qısa amma şərəfli ömür yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Məktəblilərdə öz növbələrində şəhidlərə, vətənimizə həsr olunmuş şeirlər söylədilər. Sonda 21 saylı filialın kitabxanaçısı Səfayət Məmmədova tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

261.2 KB

 

281.2 KB