28.06.2022
26 iyun 2022-ci il tarixdə "Azərbaycanda Hərbi qüvvələrin yaranma günü" munasibətilə "N"saylı hərbi hissədə Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər Nümayəndəliyinin baş məsləhətçisi Aqil Bayramovun dəstəyi,Naftalan şəhər Heydər Əliyev Mərkəzinin, Naftalan şəhər Mədəniyyət Mərkəzinin və Naftalan şəhər uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir keçirildi.İlk əvvəl məktəbin direktoru Almaz Əliyeva çıxış edərək ,hərbi heyəti bayram münasibətilə təbrik etdi,şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Heydər Əliyev Mərkəzinin işçisi Niyaməddin İsayevin aparıcılığı ilə məktəbin müəllimi Səyyarə İsmayılovanın rəhbərlik etdiyi kapitan Vaqif Bayramov adına "Vətənpərvərlər"qrupunun çıxışı ilə hərbi səhnəcik,oğlanlardan ibarət vokal qrupunun çıxışı ilə "Ağacda alma" xalq mahnısı,məktəbin bir qrup şagirdinin iştirakı ilə hazırlanmış Üzeyir Hacıbəylinin "O olmasın,bu olsun "musiqili komediyasından səhnəcik,məktəbin "Cəngi"qarmonçalanlar ansamblının ifasında "Cəngi"xalq mahnısı,şagird Tunar Əliyevin ifasında "Şuşanın dağları"xalq mahnısı, Mədəniyyət Mərkəzinin işçisi Fəxrəddin İsayevin ifasında vətənpərvərlik mövzusunda mahnılar təqdim edildi.Daha sonra əsgərlərin çıxışı ilə mahnılar dinlənildi və tədbir hərbi və işçi heyətin,şagirdlərlə birlikdə rəqsləri ilə başa çatdı.