Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”adlı söhbət keçirilib

26.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu Zalı tərəfindən 25.06.2022-ci il tarixində Azərbaycanın  jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi Həsən bəy Zərdabinin 185 illiyi ilə əlaqədar "Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi"adlı söhbət keçirildi.Tədbiri açan böyük kitabxanaçı Əfsanə     Bağırova Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs etdi. O, Аzərbаycаn mədəniyyəti tаriхində misilsiz хidmətləri оlаn, öz хаlqının mədəni və еlmi fikir intibаhı tаriхində silinməz izlər qоyаn görkəmli mütəfəkkir və ictimаi хаdimlərdən birinin də Həsən bəy Zərdаbi olduğunu qeyd etdi. Həsən bəy Zərdabi  min bir əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdu. 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Ə. Bağırova H. B. Zərdabinin milli mətbuatımızın bünövrəsini qoyan “Əkinçi” qəzetinin Azərbaycanda maarifçilik hərəkatının  formalaşmasındakı rolundan, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaqda, elmi-mədəni səviyyənin yüksəltmək sahəsindəki böyük əhəmiyyətindən danışdı.
Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 
 Tədbirdə iştirak edən  kitabxana fəallarının və GDU,ADAU və GRK tələbələrinin  aparılan söhbətə qoşulması nəticəsində tədbir diskussiya şəklində davam etdi. Onlar bildirdilər ki, bu tarixi şəxsiyyətin fəaliyyətindən və bütövlükdə ömür yolundan, xüsusən də «Əkinçi» qəzetini nəşr edərkən çəkdiyi əzab-əziyyətlərdən hər bir azərbaycanlının məlumatlı  olması üçün  belə tədbirlərin təşkili mühüm rol oynayır .

 

112.3 KB