26.06.2022
23.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov məşhur kamança ifaçısı, ABŞ-ın San-Fransisko şəhərində yaşayan və Gəncə şəhərinə qonaq gəlmiş İmamyar Həsənovla görüş keçirmişdir. Görüşdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Təvəkgül Hüseynli və həmin məktəbin məzunu Nurəddin Tağıyev iştirak etmişlər.
Sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbində məşhur kamança ifaçısı ilə musiqisevərlərin görüşü təşkil olunmuş və musiqilər dinlənilmişdir.