Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Qala Qapıları Kompleksində – Beynəlxalq Muzeylər günü

18.05.2018

Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində 18 May – Beynəlxalq Muzeylər günü münasibəti ilə “Açıq qapı” aksiyası keçirildi.

Aksiyada Gəncə şəhərinin 4 nömrəli orta məktəbinin şagirdləri və Göygöl rayonundan gəlmiş məktəblilər iştirak etdilər.

Muzey əməkdaşları Beynəlxalq Muzeylər günü barədə ətraflı məlumat verdilər.

Sonra Qala muzeyində maraqlı ekskursiya təşkil olundu.