Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən əsgəri” başlığı altında tədbir ədəbi-bədii kompozisiya keçirilib

25.06.2022

       Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü  ilə əlaqədar  “Vətən əsgəri” başlığı altında tədbir ədəbi-bədii kompozisiya keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanımızın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Biz fəxrlə bu günü qeyd edirik. Bunun üçün biz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, misli görülməmiş şücaət göstərən Ordumuza, qədirbilən Xalqımıza və əlbətdəki Şəhidlərimizə, Qazilərimizə minnətdarıq.

          Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra söz çıxışçılara verildi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin sinif müəllimlərindən Esmira İbrahimova, Elnurə İsmayılova, Gülnar Kərimova çıxış etdilər. Onlar 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri gününün tarixi və bu günki səviyyəsi ilə fəxr etdiklərini, belə tədbirlərin keçirilməsinin məktəblilərin torpağa, millətə bağlı, hərbivətənpərvər ruhda böyümələrinə təkan verdiyini xüsusi olaraq vurğuladılar. M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin IV sinif şagirdləri ordumuza, vətənimizə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Tədbirə hərbi formada qatılmış şagirdlərin “Vətən əsgəri!” şeirini kompozisiya şəklində təqdim etmələri tədbirə xoş bir ovqat qatdı. Tədbirin sonunda filialın müdir əvəzi Şəhla İlyasova iştirakçılara öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı. Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər.

 

 

 

 

 

 

346 KB