25.06.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə 24.06.2022.-ci il tarixdə 26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə "Vətən varlığımdır, Vətən kimliyim" başlıqlı ədəbi-bədii gecə keçirdilər. Ədəbi-bədii gecəni kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi və söylədi ki, bu il ilk ordu yaradılmasından 104 il ötür. 1998-ci ildən başlayaraq ölkəmizdə hər il 26 İyun Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirə qazilərdən Kamran Zeynalov, Emil Tağıyev, Bayram Kərimov, Taleh, Seymur, Cəfər, Natiq Məmmədovlar, Yusif Musayev, Mirmahmud Əhmədov, Asim İbrahimov qonaq olaraq dəvət edilmişdir.
Tədbirdə həmin məktəbin Hava Hücumundan Müdafiə mayoru Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Məktəbinin Hərbi rəhbəri Rəşad Məmmədov, Qarabağ Qazilər İctimai Birliyinin sədri Vüsal Qurbanov, Şəhid Hikmət Məmmədovun atası Lətif Məmmədov, GDU-nin Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, YB üzvü Gəncə YB-nin baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu Nizami Gəncəvi filialının bələdçisi şairə Hava Hüseynova və həmin məktəbin TİİÜDM Zaur Əliyev çıxış etdilər.
Tədbirdə ilk dəfə 1918-ci ildə Milli Ordu yaradılması və ölkəmizin yenidən ikinci dəfə müstəqillik əldə etdikdən sonra vahid komandanlıq altında ordu quruculuğunun nə qədər mühüm əhəmiyyəti olduğundan danışıldı. Həmçinin II Qarabağ Vətən müharibəsində ordumuz tarixi zəfər qələbəsi ilə öz adını Azərbaycan tarixinə qızıl həriflərlə yazdı və qalib ordu kimi dünyaya tanıtdı. Vətən müharibəsində ordumuz və Ali Baş Komandan öz gücünü düşmənə göstərdi.
Tədbirdə Gəncə şəhər T. Hacıyev adına 2 saylı musiqi məktəbinin vokal sinifinin şagirdləri Sevinc Ömərova, Tunar Cəfərov, Rövşən Nəsirov "Şuşanın dağları", Qarabağ şikəstəsi"-ni ifa etdilər, müəllimlərdən Hümbət Bağırov, Şəlalə Kərimova, Nazir Zeynalov, Qüdrət Mirzəyev, Əli Həsənov onları musiqi alətlərində müşayət etdilər. Tədbirdə 20, 24, 29 saylı tam orta məktəbin şagirdləri Zərintac, Yunis Abdullayevlər, Nərmin Məsimova, Aysun Abdullayeva, Şükran Rəhimov, Aysun Dadaşova, 1 saylı peşə məktəbindən Aynurə Bayramova orduya aid şeirlər söylədilər, Ləman Həsənəliyeva, Nubar Kərimova isə mahnılar ifa etdilər. Goranboy rayon Mahmud Zeynalov adına tam orta məktəbin "Xudayar təsnifi qrupu"nun şagirdləri vətənpərvərlik ruhda mahnılar ifa etdilər.