18.05.2018
Mir Cəlal Paşayev Muzeyində 18 May – Beynəlxalq Muzeylər günü münasibəti ilə “Açıq qapı” günü keçirildi.
Aksiyada Gəncə şəhər 20 nömrəli orta məktəbin VI sinif şagirdləri görkəmli ədibin “Bir gəncin manifesti” əsərindən “İtə ataram yada satmaram” səhnəsini təqdim etdilər.
Sonra muzey əməkdaşları tərəfindən ekskursiya təşkil olundu, tanınmış şair və yazıçıların, elm adamlarının Mir Cəlal Paşayev haqqında dedikləri sözlər söylənildi. Eyni zamanda 18 May – Beynəlxalq Muzeylər günü haqqında məlumat verildi.