Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”XXI əsrin qorxunc bəlası” başlığı altında dəyirmi masa keçirilib

24.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 24.06.2022- ci il tarixində "Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü " ilə bağlı "XXI əsrin qorxunc bəlası" başlığı altında dəyirmi masa keçirdi.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan edərək bildirdi ki, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013- cü il 24 iyun tarixli sərəncam imzalamışdır.Bu sərəncamdan irəli gələn bütün vəzifələri yerinə yetirməyə hamımız borcluyuq.Sonra söz sərbəst güləş üzrə dəfələrlə ölkə çempionu olmuş idmançımız Sərxan Niftəliyevə verildi.O çıxış edərək bildirdi ki, narkomaniya yunanca narki- yuxu, bihuşluq, maniya isə- cəzbetmə, ağılsızlıq deməkdir.Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik vasitələrdən bir və ya bir neçə dəfə istifadə etdikdə, nəyin bahasına olursa- olsun, ondan əl çəkə bilmir, yeni bir doza əldə etmək üçün əlindən gələni edirsən.Sonra tibb bacısı Kifayət Abbasova qeyd etdi ki, narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən məhv olur.Müalicə olunmaq istəsələr də bu bəladan qurtula bilmirlər.Bütün daxili orqanlar demək olar ki, zəhərlənir və sıradan çıxır.Ən geniş yayılmış xəstəlik isə hepatitdir.Sonra tədbir iştirakçıları narkomaniyaya qarşı mübarizə sahəsində görülən maarifləndirmə tədbirlərindən danışdılar.23 nömrəli məktəbin X sinif şagirdi Səmra Məmmədova dedi ki, onlar vaxtaşırı məktəbdə narkomaniyanın çox ağır və acı nəticələri haqqında məlumatlandırılırlar.Sonra tədbir iştirakçıları mövzu ilə bağlı öz fikirlərini bildirdilər.Nəticə olaraq qeyd olundu ki,sağlam həyat, sağlam ailə qurmaq istəyin varsa, narkotikdən uzaq durmaq lazımdır.

 

201.9 KB