24.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialı 23.06.2022-ci il tarixində Narkomaniya və Narkobizneslə Beynəlxalq mübarizə günü ilə əlaqədar "Gələcəyi məhv olmaqdan qoruyaq" başlığı altinda dəyirmi masa keçirdi.Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi,Sərkar kənd tam orta məktəbin Xl-i sinif şagirdləri və kənd sakin də iştirak edirdilər. Tədbiri filial müdiri Gülşən Əliyeva açaraq iştirakçılara müasir dünyamızın ən mühim problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsi haqqında məlumat verdi.Vaxtılə bu problemə diqqət yetirilməməsi,ictimai təhlükəliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yolxucu xəstəlik kimi insanlar,xüsusən də gənclər arasında yayılmış,öz ərazisini genişləndirmiş,yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmasından danışdı.Sonra Folklor evinin müdiri Göyçək Əsgərova ,narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəli olduğunu ,insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasını bildirdi. Sonda şagirdlər də narkomaniya haqqında öz fikirlərini bildirdilər. Narkomaniya insanın mənəviyyatını məhv edib ,canlı ölüyə çevirdiyini bildirdilər və “Gələcəyi məhv olmaqdan qoruyaq”şüarı altında birləşməyə səslədilər.