24.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux şəhər Uşaq Musiqi məktəbində 22.06.2022-ci il tarixdə "Şuşa ili" nə həsr olunmuş tədbirlər çərçivəsində geniş konsert proqramı keçirildi. Konsertdə ilk öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Konsertdə şagirdlərdən və müəllimlərdən ibarət Xalq çalğı alətləri ansambıllarının müşayiəti ilə Xanəndəlik sinfi üzrə lll sinif şagirdlərindən Əsma Nəsibova, "Şuşanın dağları" xalq mahnısını, İsmayıl Abbasov C.Cahangirovun "Qarabağ" mahnılarını ifa etdilər. Fortepianoda Qurbanova Kübra, Əliyeva Aydan, Tarda Məmmədov Ramil, violində Bayramova Məhəbbət, qarmonda Paşayev Pərviz Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər. Konsertdə həmçinin Nağaraçalanlar və Skripkaçalanlar ansambılları çıxış etdilər. Qaya Nəsibzadə " Şuşam", Fərəh Zeynalova "Azərbaycanım", Rövşən Babayev "Bəyənmir məni", mahnılarını ifa etdilər. Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbirə iştirak edən Qazilərə xatirə hədiyyəsi təqdim etdi və Samux şəhər Uşaq Musiqi Məktəbinin kollektivi ilə xatirə şəkilləri çəkildi.