Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” başlıqlı məruzə keçirilib

24.06.2022

24.06.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialında Narkomaniya və Narkomaniyaya qarşı Beynəlxalq mübarizə günü ilə bağlı  “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” başlıqlı məruzə keçirildi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq bildirdi ki, Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyatına ciddi zərbə vurur. Təəssüf ki, narkomaniya Respublikamızda da ciddi problem olaraq qalmaqdadır.  Bəzi gənclər narkotik asılılığı girdabına yuvarlanır, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. 
Dövlət tərəfindən narkomaniyaya qarşı sərt mübarizə tədbirləri aparılır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və digər müəssisələrdə əsrin bəlası olan narkomaniyanın mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir.

Daha sonra isə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri bu mövzu haqqında öz fikirlərini bildirdilər ki, Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.

Tədbirdə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və  kitabxananın fəal oxucuları iştirak etdi.

 

213.9 KB