24.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 24.06.2022- ci il tarixdə Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar "Ağ ölümə yox deyək" başlıqlı tədbir keçirdi. Böyük kitabxanaçı Risalə Həsənova çıxış edərək bildirdi ki, narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasıba və fiziki gücün düşməsinə, daxili orqanların zəhərlənməsinə gətirib çıxarmasından danışdı.
Narkomaniyanın yayılması cəmiyyətin sağlam həyat tərzi üçün də ciddi təhlükə törədir.
Tədbirdə iştirak edən gənclər öz növbəsində bu cür maarifləndirici tədbirlərin onların üçün önəmli olduğunu vurğuladılar.
Sonda gənclərin sağlam və rahat yaşamaları üçün pis vərdişlərdən uzaq olmaları tövsiyyə olundu.
Tədbirdə kitabxananın gənc üzvləri və ərazidə yaşayan gənclər iştirak edirdi.