Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

24.06.2022

Gəncə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, şəhər Ağsaqqallar Şurasının sədr müavini Mobil İmanov, Gəncə şəhər Baş Polis İdarəsinin məsul əməkdaşı Füzuli Şıxıyev, şəhər ictimaiyyəti, partiya fəalları və gənclər iştirak ediblər.

Müasir dövrdə cəmiyyətdə hər kəsi düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını qeyd edən YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin Gəncə şəhərində də mütəmadi xarakter daşıdığını vurğulayıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyindən danışıb, yeniyetmə və gənclər arasında “ağ ölüm” ilə mübarizənin və ictimai nəzarətin əhəmiyyətini vurğulayıb.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problemlər, fəsadlar haqqında maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Şəhər Ağsaqqallar Şurasının sədr müavini Mobil İmanov gəncləri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa və zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Gəncə şəhər Baş Polis İdarəsinin məsul əməkdaşı Füzuli Şıxıyev çıxış edərək narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Çıxışlar zamanı natiqlər narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına vurduğu fəsadlar haqqında geniş bəhs ediblər.

Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsə YAP Gəncə şəhər təşkilatı tərəfindən Təşəkkürnamə təqdim edilib.

 

65.3 KB

 

44.2 KB