Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Ordum varsa yurdum var” adlı ədəbi-bədii kompozisiya keçirilib

24.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı  23.06.2022-ci il tarixində  26 iyun Azərbaycan silahlı Qüvvələr günü ilə əlaqədar “ Ordum varsa yurdum var” adlı ədəbi-bədii kompozisiya keçirdi.  Vətən müharibəsi şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra  MKS-nin 19 saylı filialının müdiri  Elza  Əliyeva tədbiri  açıq elan etdi. Gəncə şəhər Şah İsmayıl Xətai  adına 13 saylı  tam orta məktəbin tarix müəlliməsi  Vəfa Hacıyeva “26 iyun Azərbaycan Silahlı Qüvvələr gününün yaranma tarixi”, Azərbaycan dili  ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “26 İyun-Silahlı Qüvvələr Günü bütün Azərbaycan xalqının bayramıdır”, İbtidai sinif müəlliməsi Fidan Musayeva “Qafqazda ən müasir ordu hesab olunan  Azərbaycan Milli Ordusu”, Kəlbəcər rayon 109 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Rəna Məmmədova “26 iyun Azərbaycan xalqının Qalib ordusunun bayramıdır”, Gəncə şəhər Yzıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Qalib ordunun Ali baş Komandanı”, təqaüdçü Azərbaycan dili ədəbiyyat müəlliməsi Validə Hüseynova “Şuşa döyüşündə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran oğullar”, Gəncə şəhər 13 saylı tam orta məktəbin VIIIc  sinif şagirdi İlahə Əliyeva  “Heydər Əliyev və Azərbaycan ordusu”, III sinif şagirdi  Məmmədli Zəhra “İlham Əliyev və Azərbaycan ordusu” adlı çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai  adına 13 saylı  tam orta məktəbin III sinif şagirdlərindən Fidan Məmmədova, Nərmin Alizadə, Fəqan Hüseynov, Fatimə Babayeva, Mehman Qasımzadə, Duyğu, Hikmət Babayevlər,  Mehri, Nuran İnci, Nuray Qəşəmlilər, Fidan Hüseynova, Gəncə şəhər  26 saylı Lisey məktəbinin 3 sinif şagirdi Nuray Məmmədova Vidadi Əlinin “Ali Baş Komandanım” ,Kəlbəcər rayon 109 saylı orta məktəbin şagirdlərindən , Mehdiyev Rəvan, Tağıyev Nihad, Qəhrəmanova Leyla, Verdiyeva Aygün, Əliyev Xaləddin, Əliyeva Zəhra sinələrində şəhidlərin şəkili olan köynək geyərək 26 iyun Azərbaycan silahlı Qüvvələr gününü tərənnüm edən  şerlər, kompozisiyalar söylədilər.  Tədbirin sonunda  “Ordum varsa yurdum var” adlı videoçarx nümayiş edildi.

 

103 KB