24.06.2022
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ili "Şuşa ili "elan edilməsi ilə bağlı keçirilən tədbirlər planına əsasən 23.06 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi T.Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində "Musiqimizin beşiyi Şuşa "adlı konsert keçirilmişdir. Bu tədbir eyni zamanda məktəb kollektivinin hesabat konserti idi.
Konsertdə fortepiano,violin,xalq çalgı,vokal,nəfəsli alətlər şöbəsinin şagirdləri həm xarici həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişlər. Zəfər tariximizin şanlı səhifələrindən olan Şuşa ugrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Asif Yolçu oğlu Qocayevin ailəsi də tədbirdə iştirak etmişlər.
Şəhidin qızı, məktəbimizin şagirdi Qocayeva Xədicənin fortepianoda ifası böyuk maraqla dinlənildi. Şuşa ilinə həsr olunmuş məktəbin hesabat konserti qonaqlar və tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı!