Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmaz Qəhrəmanlar” adlı xatirə gecəsi keçirilib

23.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana və Qarayeri qəsəbə kitabxana filialları birgə təşkilatçılığı ilə Sərkar kənd kitabxanasında 44 günlük Vətən Müharibəsində Şəhid olmuş Bəylərov Seymurun xatirəsinə həsr olunmuş “Unudulmaz Qəhrəmanlar” adlı xatirə gecəsi keçirildi. Tədbirdə iştirak etdilər  Şəhid anası Bəylərova Gülgəz, Şəhid bacısı Bəylərova Elnarə, Şəhid bacısı Allahverdiyeva Nahidə, Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyev, Sərkar kənd İcra nümayəndəsi Əliyev Təhmasib, Sərkar kənd tam orta məktəbinin tarix müəlliməsi Aynur Qəhrəmanova , Samux rayon MKS-nin metodika şöbəsinin müdiri Şükürova Rübabə, Kitabişləmə və komplektləşmə şəbəsinin müdiri Sevda Həsənova,Zahidə Hüseynova, Uşaq şöbəsinin müdiri Venera Məmmədova, Sərkar kənd folklor evini kollektivi, Sərkar kənd orta məktəbinin şagirdləri.Tədbirdə 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun qələbəsindən, Şəhid Seymur Bəylərovun döyüş yolundan , xatirələrinində danışıldı. Eyni zamanda 44 günlük Vətən Müharibəsində canından keçən şəhidlərə həsr olunmu ş “ Memorial Vətən Müharibəsi Şəhidləri” adlı kitabı Sərkar kənd içtimayətinə təqdim etdildi .Sərkar kənd tam orta məktəbinin şagirdləri Oruclu Həcər, İsgəndərli Zeynəb, Oruclu Fatimə, Hüseyinli Xədicə, Şəhidin bacısı qızı Allahverdiyeva Türkan şəhidlərə həsr olunmuş şeirlər söylədilər.

 

72.4 KB

 

206.3 KB