Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətin ən böyük bəlası narkomaniyadır” adlı  mövzu saatı keçirilib

23.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 22.06.2022 -ci il tarixdə  Narkomaniya və Narkobiznesə qarşı Beynəkxalq Mübarizə günü ilə əlaqədar  "Bəşəriyyətin ən böyük bəlası narkomaniyadır" adlı  mövzu saatı keçirdi. Böyük kitabxanaçı Nabidə Əliyeva bu günkü günün mahiyyəti haqda iştirakçılara qısa məlumat verdi.            

Mövzu üzrə çıxış edən  8 saylı orta məktəbin psixoloqu Sevinc Əsgərova  bildirdi ki, narkomaniya  insan  həyatının faciəsi, ümid və arzuların məhvidir. Bəşəriyyətin ən böyük bəlalarından sayılan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən başlıca problemlərdən biridir. Bu qlobal problem  cəmiyyətin mənəvi və əxlaqi  dəyərlərinə böyük zərbə vuran, sosial - iqtisadi inkişafı ciddi şəkildə ləngidən,insanların sağlam həyat tərzini təhlükə altına atan  və ağır cinayyətin yaranmasına səbəb olan əsas amildir.                                  

Sonra mövzu ilə bağlı çıxış edən oxucu Lalə Əliyeva vurğuladı ki, insanı bu bəladan uzaq tutmaq üçün bütün təşkilatlar maarif,  mədəniyyət , səhiyyə, hüquq mühafizə orqanları və  s. birləşərək mübarizə aparmalıdırlar. Bu mübarizədə valideyinlərin üzərinə  çox böyük məsuliyyət düşür. Əgər hər hansı bir ailədə əxlaqi və etik qaydalar, vətənə sevgi, ata- anaya məhəbbət, milli kökə bağlılıq güclüdürsə, onun böyüvdüyü, yetirdiyi övlad   hec vaxt nankor ola bilməz. Odur ki, valideyinlər bunu unutmamalı.Övladlarını düzgün tərbiyə etməli, onların sağlam inkişafının qayğısına qalmalıdırlar. Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılaraq  belə nəticəyə gəlindi ki, birlikdə mübarizə aparmaqla, həm inzibati , qaydada, həm də maarifləndirmə yolu ilə gələcəyimizi bu ağır bəlalardan qoruyaq, sağlam cəmiyyətin formalaşmasına nail ola bilərik.

 

75.8 KB