Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ağ ölümə yox deyək” başlığı altında onlayn söhbət təşkil edilib

23.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 22.06.2022- ci il tarixində Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar olaraq “Ağ ölümə yox deyək” başlığı altında onlayn söhbət təşkil etdi. Söhbəti aparan şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva bildirdi ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir. Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən bu bəlaya qarşı öz ailəmizi, əzizlərimizi, çevrəmizi, ümumilikdə xalqımızı qoruyaq. Sonda uşaqlarla mövzu ətrafında maraqlı müzakirələr olundu.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən durmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarət oldu.

 

1.3 MB