Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2021 -2022 ci tədris ilinin yekununa həsr olunmuş hesabat konserti keçirilib

23.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbində 22.06.2022-ci il tarixdə 2021 -2022 ci tədris ilinin yekununa həsr olunmuş hesabat konserti keçirilmisdir.Məktəbin xor kollektivinin  ifasında  Luici Denza “Funikuli”,Astor Piazzola “Libertanqo” səsləndi( xormeyster Məmmədova Aygün).    Faiq Sücəddinov “Vətən balladası"fortepianoda ifa etdi  7-ci sinif şagirdi Qaslmova Aylin(müəllim Hüseynova Sevinc). "Baş müxəmməs”ifa etdi saz ansamblı(müəllim Nəcəfov İlqar). V.Şainski “Mavi vaqon”kamançada ifa etdi 2-ci sinif şagirdi Cəfərli Əsmər (müəllim Əhmədova Gülnaz) . Tofiq Quliyev”Dostluq mahnısı"(ifa etdi trio )   Azərbaycan xalq rəqsi” Brilyant” ifa  etdi Skripka çalanlar ansamblı (bədii rəhbər Əliyeva İradə).  Azərbaycan xalq mahnısı “Meyvələrdən” ifa etdi 3-cü sinif şagirdi Mirzəyev Altun (müəllim Mirzəyev Şahin) Elmira Nəzirova “Prelüd "N 4 ,fortepinoda ifa etdi 7-ci sinif şagirdi Məmmədova Roza (müəllim Səfiyeva Günay). İohan Brams “Macar rəqsi "N 5 skripkada ifa etdi 4cü  sinif şagirdi Verdiyeva Aidə ,(müəllim Şahbazi Turan). Səid Rüstəmov konsert 1-ci hissə  tarda ifa etdi 4.cu sinif şagirdi Məmmədov Azər(müəllim Abbasov İbrahim). “Vals” fortepianoda ifa etdi 3-cü sinif sagirdi Ələkbərova Mətanət.

 

120 KB

 

114.7 KB