Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeni dövr dünya ədəbiyyatının şöhrətli siması” başlığı altında sərgi keçirilib

22.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı Klassik Azərbaycan ədəbiyyatının təbliği ilə əlaqədar M.F.Axundov Yeni dövr dünya ədəbiyyatının şöhrətli siması” başlığı altında sərgi keçirdi. Tədbirdə Gəncə  şəhər 4 saylı tam orta məktəbin  müəllim və şagirdləri, kitabxanamızın   fəal oxucuları iştirak edirdi. Tədbiri giriş sözü ilə 1 saylı filialın kitabxanaçısı Sahilə Niyazova açaraq, sözü 4 saylı məktəbin ədəbiyyat müəllimi Qurbanova Qızılgülə verdi. O, qeyd etdi ki, Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir,ictimai xadim M.F.Axundov 1812-ci ildə Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. M.F.Axundzadə Azərbaycan ədəbiyyatının gələcək inkişafına qüvvətli təsir göstərmişdir.Görkəmli Azərbaycan yazıçıları N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə,R.Əfəndiyev,S.S.Axundov,N.Nərimanov bilavasitə M.F.Axundzadənin təsiri altında bədii yaradıcılığa başlamış,onun ədəbi ənənələrini yeni tarixi şəraitdə davam və inkişaf etdirərək, milli dramaturgiyamızı və nəsrimizi yeni ideya-estetik keyfiyyətlərlə zənginləşdirmiş,tənqidi-realist ədəbiyyatımızı yüksək bir mərhələyə qaldırmışlar. 1 saylı filialın kitabxanaçısı Sahilə Niyazova  Yeni dövr dünya ədəbiyyatının şöhrətli siması”  başlığı altında təşkil olunmuş sərgi haqqında iştirakçılara geniş məlumat verdi. Azərbaycan ədəbiyyatının yaranması və inkişafında M.F.Axundzadənin bədii əsərlərinin əhəmiyyətli rolu olduğunu qeyd elədi. M.F.Axundzadənin ədəbiyyatımızın qızıl fonduna daxil olmuş ölməz bədii əsərləri yazıçılarımız üçün bir sənət məktəbi olaraq qalmaqdadır.

 

 

 

 

 

 

 

84.9 KB