Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Milli Ordumuz xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır” mövzusunda dəyirmi masa keçirilib

22.06.2022

22 iyun 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Mərkəzi Kitabxana və şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə 26 iyun-Silahlı Qüvvələr Günü ilə əlaqədar "Milli Ordumuz xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün tam təminatçısıdır" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Goranboy rayon Tarix-diyarşünaslıq muzeyi və şəhər 1,2 saylı klubun əməkdaşları iştirak etdilər. Tədbirdən ilk öncə torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva 26 iyun- Silahlı Qüvvələr Günü haqqında ümumi məlumat verdi. Goranboy rayon SHSB-nin zabiti, leytenant Həmid Əlvəndov, Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova və şəhər kitabxana filialının müdiri Nərgiz Məmmədova məruzə ətrafında çıxış etdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi "Tarix yazan igidlər" başlıqlı kitab sərgisinə baxış keçirildi.

 

70.9 KB