Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” adlı II cildlik kitabın təqdimatı keçirilib

22.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin 13 saylı kitabxana filialı 21.06.2022-ci il tarixdə  şair, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü müasir uşaq ədəbiyyatının görkəmli yazıçısı Qəşəm İsabəylinin redaktorluğu ilə çapdan çıxmış "Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası" adlı II cildlik kitabın təqdimatı keçirildi.
Böyük kitabxanaçı Günel Əliyeva ilk əvvəl müəllif haqqında oxuculara məlumat verdi.Bildirdi ki, Qəşəm İsabəyli ilk Azərbaycan uşaq yazıçısıdır ki, 2012-ci ildən Dünya Uşaq və Gənclər Kitabı Şurasının İngiltərədə nəşr edilən jurnalında "Baba sabahın xeyir" hekayəsi çap edilib və 2014-cü ildə isə "Çin" nağıl povestinə görə İsveçrədə Beynəlxalq Andersen Şərəf Diplomuna layiq görülüb. 2015-ci ildə isə "Leylinin intiqamı", şeirlər, hekayələr və nağıllar kitabı Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" mükafatını alıb. Müəllifin əsərləri oxucular tərəfindən bu gün də sevilərək mütaliə olunur. 
Kitabxananın əməkdaşı oxuculara kitabın nəşri, ili  haqqında geniş məlumat verərək qeyd etdi ki, kitab II cilddən ibarətdir, l cild Azərbaycan folkloru və İraq-Türkmən Folklorundan, II cild  Azərbaycan klassik və müasir uşaq poeziyasında öz dəsti xətti olan uşaq yazarları və onların əsərlərindən ibarətdir. Kitabxanaçı xüsusi vurğuladı ki, bu kitab balalarımız üçün ən yaxşı sinifdənxaric oxu materialı kimi oxuculara təqdim olunmuşdur.

 

114.2 KB