17.05.2018
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə 15 may 2018-ci il tarixində tədbir keçirildi. Tədbirdə “XARIBÜLBÜL ƏDƏBİ MƏCLİSİ” nin üzvləri də iştirak etdilər.
Tədbiri AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət İşçisi Xəzangül Hüseynova açaraq qonaqları salamladı və bu görüşün gənclərin vətənpərvərlik hisslərinin güclənməsində böyük rol oynadığını bildirdi.
MVQSYİ Birliyinin sədri İradə Abbas xoş qarşılandıqları üçün AYB Gəncə Bölməsinə təşəkkürünü bildirdi, bu yığıncağın iştirakçılar üçün yadda qalan, müəyyən təsirli iz buraxacağına əmin olduğunu qeyd etdi.
“XARIBÜLBÜL ƏDƏBİ MƏCLİSİ” nin müxbiri Aybəniz Qafarlı müasir şeir və onun məziyyətləri haqqında fikirlərini söylədi.
Şair və yazıçılardan İnqilab İsaq, İlham Musaoğlu, İmamverdi Məmmədov, Zülfiyyə Yaqubqızı, Bayram Göyçəli, Fazil Sənan, Rəhim Qurbani, Eltun Türkel, Oqtay Abdulla, Fatimə İmamquliyeva və Aləmzər Əlizadə ürək sözlərini dedilər, vətənpərvərlik haqqında şeirlərini oxudular.