Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Narkomaniyaya birgə yox deyək” başlıqlı onlayn oxucu konfransı keçirilib

22.06.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 21.06.2022-ci il tarixdə 26 İyun  Beynəlxalq Narkotiklərlə Mübarizə Günü ilə bağlı  "Narkomaniyaya birgə yox deyək" başlıqlı onlayn oxucu konfransı keçirdi. Konfransı filialın müdiri Rahilə Qasımova açaraq 26 İyun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü haqqında məlumat verdi: Narkomaniya 21-ci əsrdə də  qlobal problem olaraq qalmaqdadır və bəşəri bəlaya çevrilmişdi. Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı  narkomaniya və narkobiznesdir. Bizim kitabxana  narkomaniya ilə mübarizə və yeniyetmələrin bu təhlükəli bəlaya düçar olmasının qarşısını almaq  məqsədi ilə bu mövzuda maarifləndirici tədbiri təşkil etmişdir.
Tədbirdə Gəncə şəhər Gənclər və İdman sektorunun müdiri, respublika dərəcəli hakim Vüqar Xəlilov, Gəncə şəhər "Ailə sağlamlıq mərkəzi"nin şöbə müdiri Tükəzban Məmmədova, GDU-nin Psixologiya kafedrasının baş müəllimi Alvina Babayeva, YB üzvü Gəncə YB-nin baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə, Gəncə şəhər Baş Polis İdarəsi  Yetkinlik Yaşına Çatmayanlar Üzrə baş inspektor polis mayoru Sənan Verdiyev, 29 saylı tam orta məktəbin  şagirdi Aysun Dadaşova çıxış etdilər.
Çıxış edənlər söylədilər ki, narkomaniyaya qarşı mübarizənin əsas məqsədi sağlam  mühit və sağlam cəmiyyətdir". Narkomanyadan qorunmağın əsas yolu heç vaxt ondan istifadə  etməməkdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün  təhlükə törədir. Narkotik maddələrin  qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, insanda laqeydlik yaradır. Narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün təhlükəlidir. O ailə və icmaları dağıdlr, inkişafı ləngidir və heç bir sərhəd tanımır. Konfransda həmçinin yetkinlik yaşına çatmayanlar üçün keçirilən tədbirlərdən, qanunda narkomaniya istifadəçilərinə görə edilmiş dəyişiliklərdən  söhbət açıldı. Tədbirdə dövlətimizin  "Narkotik  vasitələrin  və Psixotrop Maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Konversiyaya qoşularaq həmçinin bu mövzuda 2013-2018 illərdə  Dövlət Proqramları qəbul etməklə  bu cinayətlərə  qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürməsindən danışıldı. Hər bir çıxışçı bütün yeniyetmələri sağlam həyat tərzi keçirməyə, zərərli vərdişlərdən əl çəkməyə, ətraf mühitin gözəlliklərindən-təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, bilik və bacarıqlarını artırmağa çağrış etdilər.
Tədbirdə  narkomaniyaya aid videoçarx nümayiş etdirildi.

 

1.2 MB

 

1.5 MB