Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir təşkil edilib

22.06.2022

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Goranboy rayon Dövlət Rəsm Qalereyası və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində Azərbaycan ədəbiyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış marifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə, fond mühafizi İlhamə Məmmədova, rəssamı Sevil Aslanova, Heydər Əliyev mərkəzinin əməkdaşları Şəbnəm Əliyevə, Mətanət Hüseynova, Mərkəzi kitabxananın əməkdaşı Gülnar Nəcəfova, Dürdanə Bayramova çıxış edərək bildirmişdirlər ki, 2022-ci il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır.
Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

 

63.8 KB