Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının ”Şuşa ili” çərçivəsində konserti keçirilib

22.06.2022

21 iyun 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Şuşa ili"nə həsr olunmuş "Şuşa biz gəldik" adlı konserti keçirilib.

İlk öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış etdilər.

Konsertdə Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə SOS uşaq kəndinin və Gəncə Uşaq Evinin sakinləri də iştirak edirdilər.

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının hazırladığı "Şuşa biz gəldik" adlı konsert proqramı təqdim olundu.

Konsertdə Azərbaycan və dünya ölkə bəstəkarlarının musiqiləri, müxtəlif rəqslər ifa olundu.

Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyevaya Regional idarənin Təşəkkürnaməsini təqdim etdi.

 

55 KB

 

63.7 KB