21.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 21.06.22- ci il tarixdə 26 iyun Milli Silahlı Qüvvələr Günü münasibətilə "Vətən sənin əsgərinəm" adlı şeir gecəsi keçirildi.Tədbiri kitabxanaçı Vüsalə Mustafayeva açaraq qeyd etdi ki,bu il Milli Ordunun yaranmasının 102-ci ili tamam olur və 1998-ci ildən hər il bu gün ölkəmizdə təntənə ilə qeyd edilir.Tədbirdə iştirak edən 3 saylı musiqi məktəbinin müəllimi Telli Bağırova mövzu haqqında fikirlərini və xoş arzularını bildirdi.Sonra kitabxanaçı Vüsalə Mustafayeva Vətəndən,işğaldan azad olunmuş torpaqlarımızdan,şəhidlərimizdən danışdı.Kitabxananın fəal oxucuları-3 saylı musiqi məktəbinin şagirdləri ordumuza həsr edilmiş şeir və mahnılarla çıxış etdilər və trupa aləti ilə Zəfər marşı ifa olundu.Tədbir Azərbaycan Ordusuna möhkəm iradə,əzmkarlıq,həmişə qələbə arzuları ilə başa çatdı.