Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Vətən sərhəddən başlayır”adlı söhbət keçirilib

20.06.2022

20.06.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət Ìdarəsi Samux rayon Mərkəzi Kitabxana Sisteminin Qiyaslı kənd kitabxana filialı Şəhid Elton Xaləddin oğlu İsgəndərovun anım gününə həsr olunmuş " Vətən sərhəddən başlayır"adlı söhbət keçirdi.Tədbiri giriş sözü ilə kitabxanaçı Cəfərova Günel açaraq ,ilk öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükurla yad etməyi xahiş etdi.Sonra o Elton İsgəndərov haqqında məlumat verərək qeyd etdi ki,torpaq onu qoruyan igidlərin sayəsində Vətəndir.Belə igidlərdən biri olan Elton 1990-cı il oktyabrın 21-də Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra ordu sıralarına həqiqi hərbi xidmətə çağrılıb.Cəllabad rayonunun Göytəpə kəndindəki hərbi hissəyə gəldiyi ilk gündən fərqlənmiş.2009-cu il iyunun 18 də sərhəd məntəqəsində asayişi pozmaģa cəhd edən bir qrup dələduzlarla əsgərlər arasında atışma başlayır.Cinayətkarlar sərhədçilərimizin cəmləşdiyi mövqeyə qumbara atdılar.Elton cəld özünü partlayıcının üzərinə ataraq yoldaşlarını xilas edir.Azərbaycan Respublika Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra Azərbaycanın Mill Qəhrəmanı adı verilib.Vətəni canından artıq sevən belə qəhrəmanların həyatı bütün gənclər üçün örnəkdir.

 

55.4 KB