Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub

20.06.2022

20.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində " Narkomaniyaya yox deyək" mövzusunda maarifləndirici tədbir təşkil olundu.

Tədbirdə Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Məmmədzadə Əkbər, Mərkəzi Kitabxana  Sisteminin əməkdaşları Salmanova Samirə, Əliyeva Gülnar, Həsənova Nurlana və Mədəniyyət Mərkəzinin işçiləri iştirak etdilər. Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı.O, bildirdi ki, Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Bu, həm narkotik istifadəçisinin şəxsiyyət deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intelektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi, eyni zamanda terorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Çıxış üçün söz Gənclər və İdman Sektorunun müdiri Məmmədzadə Əkbərə verildi. O, çıxışında bildirdi ki, dünyada o cümlədən Azərbaycan Respublikasında narkotizimlə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranıb və formalaşıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iri miqyaslı tədbirlərin icrası nəticəsində ölkəmizdə sosial iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib və bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində zəruri qanunvericilik bazası yaradılıb, institusional islahatlar həyata keçirilib. Sonra  Mərkəzin İnformasiya və texnologiya üzrə mütəxəsisi  Məhərrəmova Məlahət çıxışında bildirdi ki, Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət səviyyəsinə qaldıraraq narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan tədbirləri ardıcıl olaraq sistemli şəkildə həyata keçirir.

 

68.3 KB