17.05.2018
Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə Hacıkənd qəsəbəsində aparılan təmir-bərpa, abadlıq və yenidənqurma işləri çərçivəsində qəsəbədə Gəncə Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Mərkəzi Kitabxana Sisteminin 17 saylı filialı yeni məkanda – uzun müddət baxımsız qalaraq istifadə yararsız hala düşmüş, bu gün təmir-bərpa edilən XIX əsr tarix-memarlıq abidəsi olan Rus-Provoslav kilsəsinin binasında qəsəbə sakinləri, eləcə də yaz-yay mövsümündə qəsəbəyə istirahətə gələnlər üçün mədəni xidmət göstərəcəkdir.
Şəhər rəhbərliyinin, ictimayyətin, qəsəbə sakinlərinin iştirakı ilə keçirilən tədbirdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin kvarteti çıxış etdi. Eyni zamanda burada Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət Məktəblərinin, ali və orta ixtisas məktəblərinin, eləcə də şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkil etdikləri rəsm sərgiləri nümayiş etdirildi.