Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Qəhrəmanlıq yolu” adlı anım günü keçirilib

17.06.2022

Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 18 saylı orta məktəbdə 17.06.2022-ci il tarixində Vətən müharibəsi şəhidləri Abbasov Nurhan Ələstun oğlu və Bayramov Həsən Bəhram  oğlunun anadan olması günü münasibətilə ” Qəhrəmanlıq yolu” adlı anım günü keçirdi. Əvvəlcə vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın müdiri Firuzə Yunusova şəhidlərin həyatı və döyüş yolundan danışdı. Qeyd etdi ki, bu gün Nurhan Abbasovun doğum günüdür. Nurhanı döyüşə aparan yolun başlanğıcı Tovuz döyüşlərində Polad Həşimovun şəhid olması olub. Mən döyüşə ürəklə gedirəm deyib, Qarabağda can qoyan Nurhan noyabrın 8-i şəhid olub. Hər bir əsgər kimi, döyüşərkən onun da arzusu Şuşanı azad görmək olub və gördü də. Şəhid Nurhan Abbasov "Vətən uğrunda", "Cəsur döyüşçü" "Şuşanın azad olunmasına görə" medalları ilə təltiflənib.   

Ölkə Prezidentinin Sərəncamlarına əsasən, “Vətən uğrunda”, , “Döyüşdə fərqlənməyə görə”,  “Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına “, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Məktəbin direktoru Mətanət İrzayeva söylədi ki,  böyüməkdə olan nəslin təlim-tərbiyə aldığı çoxlu sayda məktəbə şəhidlərin adı verilib, Bizim məktəb də I Qarabağ müharibəsi şəhidi Nizami Aydının adını daşıyır. O həm də məktəbimizin müəllimi olub. Gənc ailələrdə yurdumuzun neçə-neçə Nurhanı, Həsəni, Səxavəti,Çingizi, Knyazı, Turxanı böyüyür. Şəhidlərin davamçıları varsa, arzuları həyata keçirsə, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyiblər, sıralarımızda yaşayırlar.Tədbirdə şagirdlər şəhidlərə,qələbəyə həsr olunmuş şeirlər söylədilər.

 

112.9 KB