17.06.2022
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 17.06.2022-ci il tarixdə 18 iyun Milli İnsan Hüquqları Günü ilə bağlı "İnsan hüquqları və azadlıqları" başlıqlı onlayn tədbir keçirdi. Filialın müdiri Rahilə Qasımova tədbir iştirakçılarını salamladı və 18 İyun Milli İnsan Hüquqları Gününün yaranması haqqında məlumat verdi: XX əsrdə insan hüquqları sahəsində ilk sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş "İnsan hüquqları haqqında ümumi bəyannamə" olmuşdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlığının qorunması ölkənin əsas qanun kitabı olan Konstitusiyasının 12 -ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan olunmuşdur. 1997-ci ildə 18 iyun Milli İnsan Hüquqları Günü kimi qeyd edilməsi haqqında Ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalanıb.
Tədbirdə Bakı şəhər Xəzər rayon Qadın Resurs Mərkəzinin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü vəkil Elnarə Eyyubova, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə liseyinin (3 saylı )direktoru Azər Rüstəmov, həmin məktəbin psixoloqu Səadət Xudatova, YB üzvü, Gəncə YB baş məsləhətçisi Aləmzər Əlizadə çıxış etdilər.
Hüquqşünas Elnarə Eyyubova çıxışında qeyd etdi ki, müasir dövrümüzdə hər bir dövlətin sivil inkişafı, demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Ölkəmizdə 18 iyun 1998-ci ildə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilmişdir. Təsadüfi deyildir ki, 2001-ci ildən Azərbaycan Respublikası, Avropa Şurası kimi beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Hüquqşünas 2006-ci və 2011-ci illərdə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın hüquq -müdafiə mexanizimlərindən və əhəmiyyəti haqqında məlumat verdi. Tədbirdə həmçinin Qadın problemləri üzrə Dövlət Komitəsinin, Ailə , Qadın və Uşaq problemləri üzrə Dövlət Komitələrin fəaliyətlərindən və uşaq hüquqlarından, yardım üçün yaradılmış sığınacaqların əhəmiyyətindən danışıldı. Sonda ölkəmizdə qəbul edilmiş insan hüquqları hər bir insanı onun mənsub olduğu irqindən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən asılı olmayaraq hər kəs üçün eynidir söylənildi. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir.
Sonda hüquqşünas iştirakçıların çox saylı suallarını cavablandırdı. Ombudsman çağrı mərkəzinin nömrəsi 012 916 nəzərə çatdırıldı.