17.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 17.06.22- ci il tarixdə 18 iyun Milli İnsan Hüquqları Günü ilə əlaqədar onlayn "Azərbaycanda qadın hüquqlarının müdafiəsi" adlı tədbir- məruzə keçirdi.Əvvəlcə mövzu ilə əlaqədar videoçarx nümayiş olundu.Videoçarxda respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan,bu sahədə əldə edilmiş nailiyyətlərdən bəhs edildi.Sonra tədbirdə 17 saylı orta məktəbin tarix müəlliməsi Svetlana Bağırova "Qadın hüquqlarının müdafiəsi" mövzusunda məruzə etdi və qadınların ictimai sferada və ailə həyatında hüquqlarının qorunmasından,qadın zorakılığına qarşı mübarizədən,qadınların siyasi,əmək,təhsil və.s hüquqlarından danışdı.Daha sonra oxucuların sualları cavablandırıldı.Sonda tədbir iştirakçıları səmimi söhbətə və faydalı məsləhətlərə görə kitabxananın qonağı Svetlana müəlliməyə öz təşəkkürlərini bildirdilər.