Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”İnsan alverinə yox” deyək adlı tədbir təşkil olunub.

17.06.2022

17.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə məqsədilə "İnsan alverinə yox" deyək adlı tədbir təşkil olunub.

Tədbiri Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən Məmişov Arif açaraq iştirakçıları salamladı. O, bildirdi ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş " Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı " nın 4.7.1 yarımbəndinin icrası məqsədilə təşkil olunmuşdur. Tədbir zamanı " İnsan alveri nədir?", "İnsan alverinə qarşı mübarizə üzrə rəhbər tutulan normativ-hüquqi aktlar", "İnsan alverinin nəzəri anlayışları" kimi mövzular üzrə geniş məlumat verilib və iştirakçılarla interaktiv müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2021-ci il üzrə məlumatı giriş, qanunvericilik, profilaktika və maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşısında duran vəzifələr və statistik göstəricilərlə əlaqədar 8 bölmədən ibarətdir. Ölkə üzrə insan alveri dinamikasının statistikasında 2015-ci ildən başlayaraq cinayətlərin qlobal tendensiyanın fonunda hər il müəyyən qədər artması müşahidə olunur. Bununla yanaşı, faiz nisbətində ölkəmizdə vəziyyət sabit və təhlükəsizdir. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan, eyni zamanda, regionda bütövlükdə dünyada insan alverilə mübarizə sahəsinə öz töhfəsini verib. 30 il davam edən qanunsuz məskunlaşma və qaçaqmalçılıq, transmilli cinayətlərin zonasına çevrilən Qarabağ torpaqları indi azaddır.

 

91.4 KB