17.06.2022
16.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında 18 İyun- İnsan hüquqları günü ilə əlaqədar "Hüquqlarımızı öyrənək" adlı dəyirmi masa təşkil olundu. Tədbirdə Samux şəhər kitabxana filialının əməkdaşları, Samux şəhər Mədəniyyət evinin əməkdaşları, Samux şəhər kitabxana filialının fəal oxucuları iştirak etdi. Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova tədbiri açıq elan edərək ilk öncə iştirakçıları salamladı. O, çıxış edərək söylədi ki, İnsan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıcа meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır. Samux şəhər kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Samirə Əıəkbərova öz çıxışında qeyd etdi ki, 18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd olunur. Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi təsis edilib. Tədbirdə söz alan Samux şəhər Mədəniyyət evinin bədii rəhbəri Gülşən Əliyevada çıxış edərək vurğuladı ki, dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan və vətəndaş hüquq və azadlıqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. Tədbirin gedişində iştirakçılara insan hüquqları haqqında geniş məlumat verildi.