17.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 17.06.22-ci il tarixində “Azərbaycan dramaturgiyasının banisi-M.F.Axundzadə” başlığı altında söhbət təşkil olundu. Tədbirdə kitabxananın oxucuları iştirak etdi. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova oxuculara yazıçının həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, nadir istedada, dərin tənqidi ağıla, iti müşahidə qabiliyyətinə malik olan Mirzə Fətəli yaradcılığı dövründə olduqca mənalı fəaliyyət göstərərək Azərbaycan ədəbiyyatında zəngin və rəngarəng irs yaratmışdır. M.F.Axundzadə istedadlı şair, Azərbaycan dramaturgiyasının banisi, görkəmli nasir, realist ədəbiyyatın qüdrətli nümayəndəsidir. O, yalnız Azərbaycanda deyil, eyni zamanda Yaxın Şərq ölkələrində də bir maarifçi kimi tanınaraq, şöhrət qazanmışdır. Əsərlərində dövrünün aktual problemlərini göstərərək hər zaman zəhmətkeş xalqına qarşı göstərilən zülm və özbaşınalığı, ədalətsizliyi, qanunsuzluğu, acgözlüyü , nadanlığı ciddi tənqid atəşinə tutmuş, bütün haqsızlıqlara qarşı mübarizə aparmışdır. Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası 1859-cu ildə Tiflisdə nəşr edilmişdir. Sonda tədbirdə iştirak edən oxucular M.F.Axundzadənin əsərlərindən kiçik parçalar söylədilər və eləcədə yazıçının kitabxananın fondunda olan əsərləri ilə tanış oldular.