Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

12.05.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 07-12 may 2018-ci il tarixində növbəti nağıl saatı keçirildi. Nağıllar Azərbaycan şifahi xalq ədəbiyyatının ən maraqlı və zəngin janrlarından biridir. Keçirilən nağıl saatında uşaqlar sehrli nağıllar aləminə səyahət etdilər. Sehrli nağılların ən səciyyəvi xüsusiyyətlərindən biri odur ki, bu nağıllarda sujet əfsanəvi məkan və zaman hüdudunda inkişaf edir. Xeyrlə şərin mübarizəsi sehrli nağılların əsas mövzusunu təşkil edir. Uşaqlar bu dəfə Azərbaycan sehrli nağıllar silsiləsinə aid olan “Üç şəhzadə” və “Nardan qızın nağılı” nağılına qulaq asdılar. Kitabxanaçı Nərmin Həsənova uşaqlara nağlı oxududdan sonra ,onlarla nağıldakı qəhrəmanların hansı sınaqlardan keçdiyini, xeyir qüvvələrin şər qüvvələrə necə qalib gəldiyini bilmək üçün maraqlı müzakirələr apardı. Nağıla diqqətlə qulaq asan uşaqlar qəhrəmanlar haqqında maraqlı təhlillər etdilər.