Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hər insanın dəyəri-sevdiyi şey qədərdir” başlıqlı söhbət keçirilib

17.06.2022

16.06.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialında İnsan resursları ilə bağlı  “Hər insanın dəyəri-sevdiyi şey qədərdir” başlıqlı söhbət keçirildi.
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq bildirdi ki, İnsan Resursları 1800-cü illərin sonunda Sənaye İnqilabı ilə birlikdə torpaqdan mexanikaya keçməsi periodunda və bu qəbildən olan hadisələrin nəticəsində meydana gəlmişdir. İnsan Resursları-İş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması, hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyəti insanı əsas tutmasıdır. 
Daha sonra Gəncə Dövlət Rəsm Qalereyasının baxıcısı Şəbnəm Rzayeva çıxış edərək bildirdi ki, adı ifadənin özündə də qeyd olunduğu kimi “İnsan Qaynağı” hər şeydən öncə insanı çox yaxşı dərk və izah etməklə başlayır. İnsanların ehtiyaclarını və düşüncələrini birbaşa anlaya bilmək çox vacibdir. Həm rəhbərlik və digər struktur bölmələrlə düzgün ünsiyyət əlaqələrini qurmaq, həm də rəhbər-işçi əlaqələrinin düzgün qurulmasında vasitəçilik etmək İnsan resurslarının ən önəmli vəzifələrindən biridir. Bir insanın dəyəri, qabiliyyət və bacarıqlarının çoxluğuna görə deyil, onları necə istifadə edəcəyinə əsasən ölçülməlidir. 

Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları və  kitabxananın fəal oxucuları iştirak etdi.

 

219.5 KB

 

211.2 KB