16.06.2022
15.06.2022-ci il tarixində Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Xocalı rayon İcra Hakimiyyətinin və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılı-ğı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Millətin xilaskarı” adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Xocalı rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbənin müdiri Lamiyə xanım Qarayeva, rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, idarə, müəssisə rəhbərləri və işçiləri və rayon ictimaiyyəti iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbənin müdiri Lamiyə xanım Qarayeva çıxış edərək bildirdi ki, 29 il öncə bu günkü tarixdə Ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə gəlməsi ilə ölkə düşdüyü ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu və bir dövlət kimi parçalan-manın qarşısı alındı. Həmin dövrdə hakimiyyətdə olan AXC – Müsavat cütlüyünün səriş-təsizliyi ucbatından ölkədə ciddi şəkildə qanunvericiliyin pozulması hallarına rast gəlinir-di, əhalinin əmlakı talan edilirdi. Belə bir çətin vəziyyətdə erməni barbarlarının məlum Azərbaycan torpaqlarını işğal etməsi, ölkə əhalisinin sosial durumunun ağırlaşması xalq arasında xilaskar liderin axtarışına səbəb oldu. Həmin dövrdə xilaskar liderin ümummilli lider Heydər Əliyev olması xalqda heç bir şübhə yaratmamış, xalq öz seçimini edərək tarixə qızıl hərflərlə imzasını atmışdır.
90-cı illərin hadisələrinin canlı şahidi, siyasi fəal, Xocalı ziyalısı Şükür Bəşirov çı-xış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, nə qədər ki Azərbaycan dövləti yaşayır hamımız ona borcluyuq. 1991-ci il oktyabrın 18-də Azərbay-can müstəqilliyini bərpa etsə də ölkədə hərc-mərclik yarandı, ölkə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə gəldi. Həmin dövrdə özbaşınalıq o həddə idi ki, kim nə istəyir onu edirdi, kim kimi istəyir rahat şəkildə öldürür, cəzasız qalırdılar. Talançılıq son həddə çat-mış idi. Müxtəlif silahlı qruplaşmalar əllərində silah terrorçuluqla məşğul idilər. Belə ağır günlərdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi Azərbaycan xalqının ağır yükü-nü çiyinlərindən götürdü.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov çıxış edərək bildirdi ki, bu günkü gün 15 iyun tarixi Azərbaycan xalqının ən mühüm bayramlarından biridir. O qeyd etdi ki, ola bilsin gənc nəsil bunu o qədər də dərk etməz, amma 90 – cı ilin əvvəl-lərinin şahidi olanlar bunu gözəl şəkildə başa düşür. Həmin dövrdə silahlı dəstələrin qar-şısını almaq, ölkədə sabitlik yaratmaq olduqca çətin iş idi. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanma-sında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan ümummilli lider Heydər Əliyevdir. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Qurtuluş tariximiz” adlı sənədli film nümayiş etdirildi.
Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə kompozisiya nü-mayiş etdirildi.