16.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər ƏIiyev Mərkəzində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.
İlk öncə Mərkəzin Kiçik elmi işçisi Ramilə Həsənova Naftalan şəhər Texniki Peşə məktəbinin şagirdlərinə Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlar haqqında geniş məlumat verdi.
Daha sonra Mərkəzin direktoru Faiqə Ağayeva çıxışında bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Sonda Naftalan şəhər Texniki Peşə məktəbinin şagirdləri, və Mərkəzin gənc əməkdaşları Mərkəzin akt zalında 15 İyun – Milli Qurtuluş Gününə aid sənədli film izlədilər.