16.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 17 saylı kitabxana filialı 15.06. 2022-ci il tarixdə
"15 İyun-Milli Qurtuluş Günü" başlıqlı onlayn tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan 17 saylı filialın böyük kitabxanaçısı Ruhiyyə Qafarova bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ruhiyyə Qafarova Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə içtimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib. Tədbirdə iştirak edən Gəncə şəhər Mikayıl Müşviq adına 14 saylı tam orta məktəbin müəllimi Səlimxan Rəcəbzadə öz çıxışında bildirib ki, ölkəmizdə 1993-cü il 15 iyun tarixi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sonsuz minnətdarlıq hissi ilə xatırlanır. Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, milli-mənəvi dəyərlər sayəsində həyata keçirdiyi mütərəqqi islahatlar haqqında ətraflı məlumat verib.
Sonda Gəncə şəhər Mikayıl Müşviq adına 14 saylı məktəbin şagirdləri Ümummilli liderə həsr olunmuş şeirlər səsləndirdilər.