Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konsert

14.05.2018

Gəncə şəhər Bülbül adına 3 №-li Uşaq Musiqi Məktəbində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert təşkil olunmuşdur.

Konsertdən əvvəl məktəbin direktoru Elman Məmmədov Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, şərəfli ömür yolu barədə danışdı.

Sonra məktəbin müəllim və şagirdləri tərəfindən Ulu öndər Heydər Əliyevi, Azərbaycanı, vətəni vəsf edən mahnılar ifa olundu, musiqi nömrələri səsləndirildi.